Modern.az

Vüsalə Mahirqızı: “Bəzi həmkarlarımızın “APA Holdinq”lə bağlı yazdıqlarından təəssüflənirəm”

Vüsalə Mahirqızı: “Bəzi həmkarlarımızın “APA Holdinq”lə bağlı yazdıqlarından təəssüflənirəm”

31 Mart 2014, 23:25

““APA Holdinq”dən kütləvi işdənçıxmalar barədə deyilənlərin və yazılanların heç bir ciddi əsası yoxdur. Son günlərdə şirkətin cəmi iki əməkdaşı işdən ayrılmaqla bağlı müraciət edib”.

Modern.az-ın xəbərinə görə, bunu “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı bəzi KİV-lərin “APA Holdinq”ə daxil olan agentlik və saytlardan işdənçıxarılmaların olduğu barədə yaydığı xəbərlərə münasibət bildirərkən deyib.

”Bəzi həmkarlarımızın “APA Holdinq”dən bir neçə jurnalistin işdən çıxması ilə bağlı yazdıqlarından təəssüflənirəm və qətiyyən, belə bir halın olmadığını bildirirəm.
Hazırda "APA Holdinq"də 300-dən çox jurnalist və yaradıcı şəxs çalışır. Onların əksəriyyəti ölkənin tanınmış imza sahibləri, istedadlı yazarları, informasiya texnologiyaları mütəxəssisləri və televiziya işçiləridir.
Bu günlərdə "APA Holdinq"in yeni layihəsi də fəaliyyətə başlayacaq. Bu layihə ilə bağlı xeyli tanınmış yazar artıq iş təklifimizi qəbul edib və sabahdan etibarən sıralarımızda olacaqlar.
Bütün həmkarlarımıza yaradıcılıq uğurları və sağlam rəqabət arzu edirik”-deyə V.Mahirqızı əlavə edib.

O, deyib ki, “APA Holdinq” barədə belə xəbərlər çox olub, amma təsdiqini tapmayıb: “Çox sevinirəm ki, biz hədəf olaraq çatmaq istənilən, xəyalı qurulan bir zirvə yarada bilmişik...”.

Qeyd edək ki, bəzi KİV-lərin yaydığı xəbərlərdə bildirilir ki, “APA Holdinq”ə daxil olan agentlik və saytlardan işdən çıxanlar ARDNŞ prezidenti Rövnəq Abdullayevin xeyir-duası ilə yaradılan “Report.az” informasiya agentliyinə keçiblər.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir