Modern.az

Siqaret qədər zərərlidir-DİQQƏT

Siqaret qədər zərərlidir-DİQQƏT

1 Aprel 2014, 00:11

Modern.az saytı xəbər verir ki, son araşdırmalara görə, ət, yumurta, süd və süd məhsullarının həddindən çox istifadəsi insan orqanizminə siqaret qədər zərərli ola bilər.

Araşdırma nəticəsində tərkibində zülalın miqdarı çox olan qidaların 65 yaşdan aşağı olan insanlarda xərçəng və diyabetdən ölüm riskini dörd dəfə artdığı məlum olub. Bu da 18 yaş üçün ölüm riskinin iki dəfə artması deməkdir. Bəzi mütəxəssislər isə araşdırmanın nəticələri haqqında danışmağın hələ tez olduğu fikirindədilər.

Araşdırmaya görə, zülal paxlalı bitkilərdən qəbul olunduqda onun zərərli təsirləri yox olur. Lakin buna baxmayaraq, həddindən çox zülal qəbul edən insanlarda digər insanlara görə xərçəng riski üç dəfə çoxdur.

Buna görə də, mütəxəssislər qidalanma zamanı bu kimi faktorların nəzərə alınmasını məsləhət görürlər.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir