Modern.az

Kerri sülh danışıqlarını canlandırmaq məqsədilə İsraildədir

Kerri sülh danışıqlarını canlandırmaq məqsədilə İsraildədir

1 Aprel 2014, 01:55

ABŞ Dövlət katibi Con Kerri Yaxın Şərq sülh danışıqlarının iflasa uğramasının qarşısını almaq üçün İsrailə səfər edib.
 
Bu, ABŞ dövlət katibinin bir həftədən az bir müddət ərzində regiona ikinci səfəridir. Keçən həftə Con Kerri İsraildə fələstinlilərin prezidenti Mahmud Abbasla danışıqlar aparmışdı.
 
Bu dəfə Amerikanın baş diplomatı İsrailin Baş naziri Benyamin Netanyahu və fələstinlilərin lideri ilə ayrı-ayrı görüşlər keçirməiyi planlaşdırır.
 
Sülh prosesi İsrailin qərarlaşdırıldığı kimi fələstinli məhbusların son qrupunu həbsdən azad etməkdən imtina etdiyinə görə son günlər mübahisəli bir durumdadır.
 
Məhbusların azad edməsi keçən ilin iyul ayından başlayaraq, doqquz ay ərzində tərəfləri masa arxasına gətirmiş razılığın bir hissəsinə aiddir.
 
İsrail məhbusların azad edilməsinə qədər danışıqlar üçün gələn ay bitəcək müddətin uzadılmasını istədiyini bildirib. Fələstinlilərsə buna etiraz edərək, İsrail onları azad etmək haqda verdiyi sözə əməl etməsə, danışıqları davam etdirməyəcklərini bildiriblər.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?