Modern.az

İsa Hüseynovun həyat yoldaşı: “Heyf oldu İsa...”

İsa Hüseynovun həyat yoldaşı: “Heyf oldu İsa...”

1 Aprel 2014, 08:41

"Saat 6-ya qədər yaxşı idi. Çimmişdi. Çörək yemişdi. Mətbəx tərəfə getmək üçün ayağa durdu. Kömək eləmək istədim. Gözü yaxşı görmürdü ... Qoymadı. Bir-iki addım atıb qayıtdı, divanda oturdu. Gördüm ki, çətin nəfəs alır. Tez reanimasiyalı təcili tibbi yardım çağırdıq. Həkimlərin köməyi ilə azca özünə gəldi. Nəsə dedi. Amma heç nə başa düşə bilmədik. Mərkəzi klinikaya aparmaq istədilər, qoymadım. Həkimi Əli müəllimə zəng etdim, o da evdəki həkimlərlə danışandan sonra dedi ki, qərar Sizindir. Mən fikrimi dəyişmədim. Bilirəm axı, bu vəziyyət nə deməkdir... Beləcə, İsa qəfildən, gözümüzün qabağındaca keçindi. Heyif oldu İsa, o cür insan, o cür yazıçı, o cür kişi...".

Bunları yazıçının həyat yoldaşı Aktual.az-a danışıb.

Allah rəhmət etsin!

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?