Modern.az

Merkel Putini “Dnesteryanı problemi” də həll etməyə ÇAĞIRDI

Merkel Putini “Dnesteryanı problemi” də həll etməyə ÇAĞIRDI

Təhsil

1 Aprel 2014, 09:59

Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub. Modern.az saytı Rusiya prezidetinin rəsmi saytına istinadən bildirir ki, danışığın təşəbbüsü Rusiya lideri tərəfindən gəlib.  

Söhbət zamanı Ukraynadakı vəziyyət müzakirə edilib. Bu böhranın aradan qaldırılması üçün beynəlxalq əməkdaşlıq imkanları barədə danışılıb.

Putin ölkədə bütün Ukrayna regionalarının maraqlarını təmin edəcək  Konstitusiya islahatlarının keçirilməsinin mühüm olduğunu bildirib.

Putinlə Merkel həmçinin Moldovanın Dnestryanı ərazisi ilə də bağlı müzakirə aparıblar. Fikir mübadiləsi çərçivəsində Merkel Putinə Dnesteryanı bölgədə effektif tədbirlərin həyata keçirilməsinin mühümlüyünü deyib.
Almaniya kansleri qeyd edib ki, bu tədbir regionu ətrafdan təcrid edən faktik blokadanın götürülməsi və “Dnesteryanı problemin” həlli üçün çox mühüm və təxirəsalınmazdır.

Putin və Merkel bu məsələlərə bağlı sıx əlaqələrin davam etdirlməsini barədə razılığa gəliblər.

Xaqani SƏFƏROĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu