Modern.az

Putindən ETİRAF: “Krım hadisələri Rusiya üçün ciddi imtahan oldu”

Putindən ETİRAF: “Krım hadisələri Rusiya üçün ciddi imtahan oldu”

1 Aprel 2014, 10:34

Rusiya prezidenti Vladimir Putin Krımın birləşdirilməsini “ciddi imtahan” adlandırıb. Modern.az saytı bildirir ki, Kremldə yüksək çinli hərbiçilərin təltifi zamanı etdiyi çıxışında Putin bu addımı “milli təhlükəsizliyin və Rusiyanın müdafiəsinin təmin edilməsi” üçün atıldığını açıqlayıb..

“Krımdakı son hadisələr ciddi imtahan oldu. Bu proses bizim silahlı qüvvələrimizin yeni imkanlarını və keyfiyyətini nümayiş etdirdi. Krımda təxribata, qan tökülməsinə imkan vermədiyinə, referendumun keçirilməsinə şərait yaradığı zamanı yüksək peşəkarlıq göstərdiyinə görə şəxsi heyətə təşəkkür edirəm” –deyə Putin vurğulayb.

Rusiya prezidenti bildirib ki, hazırda Krımdakı hərbi hissələrin moderenləşdirlməsi üçün ciddi işlər görülməlidir.

Xaqani SƏFƏROĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi