Modern.az

Gəncədə müəmmalı həbs xəbəri - Polis təkzib edir

Gəncədə müəmmalı həbs xəbəri - Polis təkzib edir

Təhsil

1 Aprel 2014, 11:22


Martın 31-də Gəncədə “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlini polis saxlayıb. Bu barədə mediaya onun oğlu Azər Hüseynli məlumat verib. Lakin Gəncə Şəhər Baş Polis İdarəsi Həsən Hüseynli adlı şəxsin saxlanmasını təkzib edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Modern.az-a bildirib ki, bununla bağlı hələ ki məlumat yoxdur. “Gəncə Şəhər Baş Polis İdarəsindən belə bir adamın saxlanılmadığını təkzib edib. Hələ ki, məsələni araşdırırıq”.

Qeyd edək ki, Həsən Hüseynlinin özü saxlanmazdan bir saat əvvəl ona qarşı törədilən təxribatlardan danışıb:

“Mərkəzi Poçta yaxınlaşanda, 35-40 yaşlarında paltoda, qalstukda bir adam mənə yaxınlaşdı ki, sən niyə mənim ayağımı tapdaladın? Ağır sözlər də dedi. Sinəmdən tutub aşağı çəkdi. Məəttəl qaldım. Onu ilk dəfə idi görürdüm, hələ deyir ki, məni niyə yıxırsan? Maşının o biri tərəfindən də bir qadın yaxınlaşdı ki, siz niyə onu dartırsınız? Hiss elədim ki, bu, mənə qarşı provokasiyadır. Durduğum yerdə kim yaxınlaşar ki?”.   

Gültəkin ƏLƏSGƏR     
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır