Modern.az

Nazirlik tərəfindən xüsusi laboratoriyalar yaradılacaq

Nazirlik tərəfindən xüsusi laboratoriyalar yaradılacaq

1 Aprel 2014, 11:52


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən iş yerlərinin əmək standartlarına uyğunluğunun müayinəsi üçün xüsusi laboratoriyalar yaradılacaq.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, nazirlik tərəfindən iş yerlərinin əməyin mühafizəsi normalarına uyğunluğunun müasir üsullarla ekspertizası üçün xüsusi laboratoriyaların yaradılması işlərinə başlanılıb. Bununla bağlı olaraq, ilkin mərhələdə ƏƏSMN-nin sifarişi əsasında Bakı şəhərində nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Laboratoriyasının tikintisinə hazırlıq işləri aparılır. Sonrakı mərhələdə digər bölgələrdə də belə laboratoriyaların yaradılması reallaşdırılacaq.

Hazırda laboratoriyalar üçün xarici ölkələrdən müasir texniki avadanlıqlar alınaraq  gətirilib və onların Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyata alınaraq sertifikatlaşdırılması istiqamətində də işlər aparılır.

Laboratoriyalar tərəfindən ilk növbədə istehsal sahələrində əmək şəraitinin ekspertizası, insan sağlamlığına mənfi təsir göstərən zərərli fiziki-kimyəvi-bioloji amillərin, toksiki maddələrin tədqiq olunması təmin ediləcək.

Qeyd edək ki, hər hansı iş yerində işçilərin həyat və sağlamlığına mənfi təsir göstərən amillər aşkarlandığı təqdirdə həmin müəssisə ilə bağlı müvafiq inzibati tədbirlər görüləcək.

 

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər