Modern.az

Adil Qeybulla: “Azərbaycanda diabet xəstələri üçün xüsusi proqram olmalıdır”

Adil Qeybulla: “Azərbaycanda diabet xəstələri üçün xüsusi proqram olmalıdır”

Təhsil

1 Aprel 2014, 11:54


Dükan və marketlərdə apardığımız müşahidələr belə deməyə əsas verir ki, diabetli xəstələr üçün nəzərdə tutulan məhsullar kifayər qədər bahadır. Məsələn, adi şəkərin qiyməti 90 qəpikdirsə, diabet xəstələri üçün 2 manat 70 qəpikdir, adi şokolod yağı 2 manatdır, diabetli xəstələr üçün nəzərdə tutulan bu məhsul 5 manatdır. Fikrimizcə, siyahını uzatmağa lüzum yoxdur... 

“Diabet xəstələri üçün məhsullar tək bizdə deyil, dünyanın hər yerində bahadır”. Bunu Modern.az-a həkim ekspert Adil Qeybulla diabet xəstələri üçün satılan məhsulların baha olması məsləsinə aydınlıq gətirərəkən deyib: “Həmin məhsullar fruktozadan hazırlanır. Fruktozanın hazırlanması üçün tələb olunan komponentlər baha olduğundan, adi ərzaqlardan müəyyən qədər fərqlənir. Onlar respublikada istehsal olunmur, xaricdən gətirilir. İlkin səbəb budur”.

Həkim onu da bildirib ki, dünyanın hər yerində diabet xəstələri üçün xüsusi proqramlar, sığorta var: “Amma bizdə bütün bunlar olmadığına görə pasientlər əziyyət çəkir. Bu məhsulların ucuzlaşmasından çox, diabet xəstələrinə güzəştlər edilməsinə şərait yaradılmalıdır. Söhbət həmin kateqoriyaya aid insanların sığortasından və sosial müdafiəsindən gedir. Bu cür məhsullar onlara dövlət tərəfindən verilsə, daha yaxşı olar. Bir növ sosial müdafiə tədbirləri həyata keçirilməlidir və bu olduqca vacib məsələdir”. 

Gülşən Raufqızı  

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu