Modern.az

Ukrayna Rusiya qazının tranzit qiymətini qaldırdı

Ukrayna Rusiya qazının tranzit qiymətini qaldırdı

1 Aprel 2014, 11:59

Ukrayna ərazisindən Rusiya qazının 2014-cü ilin ikinci kvartalında tranzit qiyməti 10 faiz artırılıb. Moden.az Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller məlumat verib:
“İkinci kvartaldan Rusiya qazının Ukrayna ərazisindən tranzit qiyməti artır. Bu artım 10 faiz nəzərdə tutulur”.

O əmin edib ki, “Qazprom” artırılan məbləği ödəyəcək və 2009-cu ildə imzalanan müqavilə şərtlərini tam yerinə yetirəcək.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub