Modern.az

“Bizdən salam olsun Musa Yaquba”

“Bizdən salam olsun Musa Yaquba”

Təhsil

1 Aprel 2014, 12:05

Azərbaycan Yazıçılar Birliyinin üvzü Sabir Arazlı Özgünün şair, Söz Azadlığını Müdafiə Fondunun sədri Musa Yaqub yaradıcılığına həsr etdiyi  “Bizdən salam olsun Musa Yaqub ”  kitabı  çapdan çıxıb.

“Təknur”  nəşriyyatında, 500 tirajla çap olunan kitab başdan-başa çağdaş Azərbaycan poeziyasının aparıcı simalarından biri- şair Musa Yaquba həsr olunub. Kitaba şairin üç silsilə poeması daxil edilib. “Aylı bir gecədə yazılan məktub”, “Musa Yaqub, səndən məktub almışam”, “Qırx ildir yol gələn görüş” adlı poemaların hər birində  Sabir Arazlı Özgünün Musa Yaqub yaradıcılığına böyük önəm verməsi ilə yanaşı, bu poeziyanın Azərbaycan insanının yaşantılarına, onun Qarabağ həsrətinə necə yanaşmalarına da xüsusi ekskurs edilib. Qaçqınlıq həyatı zamanı S.A.Özgünün Musa Yaqubun doğma yurdu İsmayıllıya gəlib çıxması, burada şairin  sıcaq qarşılaması, qayğı ilə yanaşması da yazıların ruhundan xüsusi bir xətt kimi keçir. Qarabağda –Füzuli bölgəsində doğulub-yaşamış, hal-hazırda Haramı düzündə qaçqınlıq şəraitində yazıb-yaradan şair bununla Qarabağ probleminin ümumazərbaycan problemi olmasını da Azərbaycan oxucusuna çatdıra bilib.

“Bizdən salam olsun Musa Yaquba” kitabının rəyçisi, filologiya elmləri namizədi Esmira Fuad, redaktoru Nəzakətdir.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı