Modern.az

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıya gəlib - FOTO

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıya gəlib - FOTO

1 Aprel 2014, 12:09


Modern.az-ın məlumatına görə, Rusiya Federasiyasının Həştərxan vilayətinin Qubernatoru Administrasiyasının rəhbəri Kanat Şantimirovun rəhbərlik etdiyi nümayəndə heyətin 31 mart-1aprel tarixlərində ölkəmizə işgüzar səfərə gəlib.

Səfər çərçivəsində nümayəndə heyəti Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edib və məzarları önünə əklil qoyublar. Sonra qonaqlar Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər. Daha sonra Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin sözügedən nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı ölkələrimiz arasında tarixi köklərə söykənən dostluq münasibətlərindən danışılıb, Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında mövcud olan sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi müzakirə olunub, həmçinin dövlətimiz tərəfindən Həştərxan şəhərində həyata keçirilmiş və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdən sonra nümayəndə heyəti ötən il Nərimanov rayonunda dostluq və qardaşlıq rəmzi olaraq ucaldılmış “Bakı və Həştərxan Dostluğu”  abidəsinin yerləşdiyi parka gələrək abidə ilə tanış olublar.

 

  Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir