Modern.az

Siyasi partiyalar Maliyyə Nazirliyinə hesabat verdi

Siyasi partiyalar Maliyyə Nazirliyinə hesabat verdi

1 Aprel 2014, 12:23

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar maliyyə hesabatı veriblər.

“Bizdə heç bir maliyyə əməliyyatı aparılmayıb. Partiyada fəaliyyət könüllük prinsipi əsasında həyata keçirilir”.

Bunu Modern.az-a Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı deyib. Onun sözlərinə görə, partiyada maliyyə əməliyyatları aparılmadığına görə hesabata ehtiyac yoxdur: “Sadəcə, formal hüquqi tərərfləri nədirsə, onu təqdim edirik. Bu, hər il olur”.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı bildirib ki, hüquqi sənədləri təhvil vermək hər bir partiyanın borcudur: “Müsavat Partiyası da buna əməl edir”.

Azərbaycan Demokrat Partiyasının (ADP) Sərdar Cəlaloğlu qeyd edib ki, partiya ilə bağlı hesabata ehtiyac yoxdur: “İanə toplamırıq, partiyamızın elə də xərcləri yoxdur. Ona görə də nə hesabat verməliyik ki? Sadəcə, hüquqi sənədləri təqdim edirik. Hər il hesabatda partiyada maliyyə əməliyyatlarının aparılmadığını qeyd edirik”.

Azərbaycan Milli İstiqlal Parrtiyasının (AMİP) sədri Yusif Bağırzadənin sözlərinə görə, hər il lazımi hüquqi sənədlər Maliyyə Nazirliyinə təqdim edilir: “Bilirsiniz ki, AMİP yalnız öz resursları hesabına fəaliyyət göstərən siyasi təşkilatdır. Partiyanın fəaliyyəti şəffafdır. Əsas hesabat büdcədən maliyyələşən partiyalara aiddir”.

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin sədri Bəybala Əbil deyib ki, hər il hesabat verirlər: “Partiyada elə də ciddi maliyyə əməliyyatları aparmırıq. Ona görə də hesabat formal xarakter daşıyır. Amma formal da olsa, bunu nazirliyə təqdim edirik”.

Qeyd edək ki, qanunvericiliyə görə, ölkədə fəaliyyət göstərən siyasi partiyalar və QHT-lər maliyyə hesabatlarını aprelin 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

İlkin PİRƏLİ

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı