Modern.az

“Tütünsüz aylıq”a start verildi

“Tütünsüz aylıq”a start verildi

3 İyun 2010, 15:52

 

Modern.az xəbər verir ki, iyunun 3-də “Tütünsüz aylıq” tədbirinin rəsmi açılış mərasimi keçirilib. Kampaniya “Sağlam Düşüncə” Gənclər Təşkilatı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının  (ARGTMŞ)  birgə layihəsidir. Açılış mərasimində ictimaiyyət nümayəndələri QHT rəhbərləri iştirak ediblər. Açılış mərasimindən sonra “No Smoking” adlı bədii film nümayiş etdirilib.

“Sağlam Düşüncə” Gənclər Təşkilatı artıq 5 aydır ki “NO SMOKİNG -- Sağlam həyat tərzi kampaniya”sı həyata keçirir. Kampaniyanın əsas məqsədi gənclər arasında tütün əleyhinə təbliğat aparmaq və gəncliyimizi bu zərərli vərdişdən yayındırmaqdır. 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir