Modern.az

Bakı meriyasından rəsmi AÇIQLAMA: “Müsavatın məktubuna baxılır”

Bakı meriyasından rəsmi AÇIQLAMA: “Müsavatın məktubuna baxılır”

Təhsil

1 Aprel 2014, 13:16

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov Müsavat Partiyasının qurultay üçün yer ayırlması ilə bağlı ünvanladığı məktubu ilə bağlı açıqlama verib.

O, Modern.az-a deyib ki, hazırda Müsavat Partiyasını müraciətinə baxılır: “Partiyanın göndərdiyi məktuba baxılır. Baxıldıqdan sonra rəsmi cavab veriləcək. Bundan başqa hər hansı məlumat yoxdur”.

Z.Ramazanov Müsavat Partiyasının müraciətə cavab verilmədiyinə görə BŞİH-i məhkəməyə verməsinə münasibət bildirməyib.

Qeyd edək ki, Müsavat Partiyası mayın 24-də qurultay keçirməyi planlaşdırır.

İlkin

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!