Modern.az

Krım tatarları Putinlə görüşmək üçün MÜRACİƏT etdilər

Krım tatarları Putinlə görüşmək üçün MÜRACİƏT etdilər

1 Aprel 2014, 13:35


Krım tatarları Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün müraciət ediblər. Modern.az saytı xəbər verir ki, bu barədə Tatarıstan prezidenti Rüstəm Minnixanov Putinlə Kremldə görüşü zamanı bildirib.

“Mən 3 dəfə Krımda oldum. Onların mövqeyi və problemləri ilə tanış oldum. Krım tatar fəalları sizinlə görüşmək istəyirlər. Onlar sizə öz planlarından danışmaq və mövqeylərini bildirmək istəyirlər”-deyə Minnixanov vurğulayıb.

V. Putin qısa zamanda  bu görüşün təşkil olunması üçün müvafiq göstərişin veriləcəyini deyib. Kremlin sahibi Tatarıstan prezidentinə bildirib ki, Krımın sosial infrastrukturunun qurulması üçün lazım olan bütün işlər Tatarıstanla birgə aparılacaq.

Xaqani SƏFƏROĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir