Modern.az

“Xaricdə təhsil alıb geri qayıtmayan tələblər var” - Nazir müavini

“Xaricdə təhsil alıb geri qayıtmayan tələblər var” - Nazir müavini

1 Aprel 2014, 13:40


“Xaricdə təhsil alan azərbaycanlı tələbələrin əksəriyyətinin ölkəyə geri qayıtmaması haqda dəqiq deyə heç nə deyə bilmərəm. Bununla yanaşı, belə halları istisna etmirik”. Modern.az saytı xəbər verir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

“Xaricdə təhsillə bağlı 2007-ci ildə Dövlət Proqramı qəbul edilib. İndiyə qədər Dövlət Proqramı xətti ilə 3 minə yaxın tələbə xaricdə təhsil alıb. Yalnız ötən il 1787 nəfər dünyanın müxtəlif yüksək reytinqli ali təhsil müəssisələrinin tələbəsi olmaq statusunu qazanıb. Bu digər illərlə müqayisədə ən yüksək göstəricidir. Onların bir qismi təhsillərini başa vurub diplomlarını alıb. Ötən ilin yay aylarının statistikasına əsasən, elə tələbələrin sayı təxminən 600-dən çoxdur. Bunların əksəriyyəti Azərbaycana qayıdıb və müxtəlif dövlət, özəl şirkətlərdə işlə təmin olunur. Dövlət Proqramı ilə bağlı qəbul edilmiş sənədlərdə həmin tələbələrin ölkəyə qayıdarkən dövlət qulluğuna üz tutarlarsa, onlar üçün sadələşdirilmiş işə qəbul mexanizmləri var. Təhsil Nazirliyi olaraq biz özümüz bundan istifadə edirik. Bir neçə məzun bu il ərzində nazirlikdə işə qəbul olunub”.

Rafiq Qənbərov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq