Modern.az

Ter-Petrosyanın istefasının sirri AÇILDI: “Onu prezident postundan ABŞ kənarlaşdırdı”

Ter-Petrosyanın istefasının sirri AÇILDI: “Onu prezident postundan ABŞ kənarlaşdırdı”

1 Aprel 2014, 14:00

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın müşaviri olmuş Jirajr Libaredyan maraqlı açıqlama ilə çıxış edib. Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, sabiq dövlət müşaviri Petrosyanın hakimiyyətdən kənarlaşdırılmasında ABŞ-ın rolu olduğunu bildirib. O qeyd edib ki, 1998-ci ildə L. Petrosyanın istefasının əsas səbəbkarlarından biri də ABŞ olub.

  J. Libaredyanın sözlərinə görə ABŞ dövlət katibinin hazırkı müavini Viktoriya Nuland da proseslərdə əhəmiyyətli rol oynayıb.

“Nuland tanınmış diplomatdır. Bizim hakimiyyətdə olduğumuz zamanlarda o, Ermənistanda danışıqlar aparırdı. O, Ermənistanın daxili siyasətində müxalif olan şəxslərlə təmasa keçirdi. Nuland Ter Petrosyanın istefasına böyük töhfələr verdi. Çünki ABŞ Petrosyana qarşı idi”-deyə keçmiş müşavir qeyd edib. Onun sözlərinə görə həmin zamanlarda ABŞ-ın Ermənistanda səfiri vəzifəsində işləmiş Piter Tompson da müxalifəti dəstəkləyirdi.  

Qeyd edək ki, L. Petrosyan 1998-ci ildə vaxtından əvvəl istefaya çıxıb. 

 

Aqşin Kərimov 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər