Modern.az

“Azəriqaz” Bakıdakı işçilərinə işdən çıxmaq haqda bildirişlər verdi

“Azəriqaz” Bakıdakı işçilərinə işdən çıxmaq haqda bildirişlər verdi

1 Aprel 2014, 17:47

Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi bir sıra rayonların Qaz istismar sahələrinin əməkdaşlarına işdən çıxarılma ilə bağlı bildirişlər paylayıb. Bu barədə Modern.az saytına Qaz istismar sahələrinin işçiləri məlumat verib. Birlikdən işçilərə özlərinə tezliklə iş tapmaları tövsiyə olunub.

Məsələyə aydınlıq gətirən “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Araz Ağayev saytımıza  bildirib ki, İstehsalat Birliyində strukturun təkminləşdirilməsi işləri aparılır. Onun sözlərinə görə, bildirişlərin paylanması bununla bağlıdır.

“Abşeron rayonu və Bakı şəhərinin Qaz istismar sahələrinin tərkibindəki qaz kəmərləri və avadanlıqlarının istismarı və qəza dispeçer xidmətləri ləğv edilir. Əvəzində Təmir Tikinti İdarəsinin nəzdindən mərkəzləşdirilmiş qəza təmir bərpa xidməti yaradılır. Yəni struktur dəyişikliyi ilə əlaqədər bildirişlər paylanılır. Bu işlərin isə may ayında başlanılması nəzərdə tutulur”.

Gültəkin ƏLƏSGƏR 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir