Modern.az

İsrailin gəmidə həbs etdiyi azərbaycanlıların adları açıqlanıb

İsrailin gəmidə həbs etdiyi azərbaycanlıların adları açıqlanıb

3 İyun 2010, 17:22

İsraildə saxlanan “Azadlıq donanması”nda olan iki azərbaycanlının şəxsiyyəti müəyyənləşib. Bunlar Beyləqan rayon sakini, 1983-cu il təvəllüdlü Məhərrəm Orucov və Cəbrayıl sakini, 1969 -cu ildə anadan olmuş Qaroğlan Quliyevdir. Bu barədə ANS-ə Türkiyə İnsani Yardım Vəqfindən məlumat verilib.

Türkiyənin Xarici İşlər Nazirliyində yaradılan böhran mərkəzindən verilən məlumata görə, saxlanan iki nəfər azərbaycanlı yunan bayrağı altında üzən gəmidə işləyirmiş. Hazırda onların səhhətinin normal olduğu bildirilir.

Qəzzaya humanitar yardım aparan beynəlxalq donanmaya hücumda həlak olan doqquz nəfərin meyiti, həmçinin yaralılar və buraxılan könüllülər İstanbula gətiriliblər.

“Azadlıq donanması”nın həbs olunan gəmilərindən biri -"Dəfnə" gəmisinin kapitanının ikinci köməkçisi Məhərrəm Orucovun atası Möhübbət Orucov ANS-ə açıqlamasında oğlu ilə sonuncu dəfə mayın 27-də əlaqə saxladığını deyib.

"Məhərrəm Türkiyədə özəl şirkətdə işləyir. Türkiyədə Yunanıstan bayrağı altında üzən "Dəfnə" gəmisinin kapitanının ikinci köməkçisidir. Fələstinə yardım aparanda girov düşüb, İsraildədir. Girov düşən vaxtdan heç bir əlaqəmiz olmayıb. Dövlət qurumları tərəfindən də heç bir məlumat verən yoxdur. Özümüz Xarici İşlər Nazirliyinə sorğu vermişik, hələlik maraqlanan olmayıb”,- deyə Məhərrəm Orucovun atası Möhübbət Orucov bildirib.


Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi