Modern.az

Ağstafada avtomobil aşdı - 5 nəfər yaralandı

Ağstafada avtomobil aşdı - 5 nəfər yaralandı

Hadisə

13 Noyabr 2025, 09:08

Ağstafada 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza olub.

Modern.az-ın məlumatına görə, hadisə Poylu kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 5 nəfər - 1988-ci il təvəllüdlü Ə.Məmmədova, 1984-cü ol təvəllüdlü G.Qarayeva, 1983-cü il təvəllüdlü N.Muğanova, 1988-ci il təvəllüdlü L.Cəlilova və 1984-cü il təvəllüdlü R.Əliyev xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Yaralıların vəziyyətlərinin normal olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır