Modern.az

412 min dollarlıq dələduzluqda ittiham olunan şəxs axtarışa verildi

412 min dollarlıq dələduzluqda ittiham olunan şəxs axtarışa verildi

Ölkə

13 Noyabr 2025, 11:06

Xarici ölkədən avtomobil gətirmək adı ilə vətəndaşlara qarşı kütləvi dələduzluq əməlləri törətməkdə şübhəli bilinən 27 yaşlı Sənan Yavər oğlu Əsədzadə barəsində axtarış elan olunub.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Sənan Əsədzadə barəsində dələduzluq əməlləri ilə bağlı 17 epizod üzrə Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Həmin faktlar üzrə vətəndaşlara dəyən zərər 412 min dollar təşkil edir.

Müəyyən edilib ki, o, vətəndaşlara müxtəlif yalan vədlər verməklə ölkəni tərk edib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri görülür.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır