Modern.az

Paşinyan Simonyanı danlayıb

Paşinyan Simonyanı danlayıb

Dünya

13 Noyabr 2025, 14:42

Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə dövlət büdcəsinin 2026-cı il layihəsinin müzakirəsinə həsr olunmuş parlament iclasında gərgin anlar yaşanıb.

Modern.az xəbər verir ki, Paşinyan iclasın başlaya bilməməsinə etiraz edərək əsəbi şəkildə noutbukun qapağını bağlayıb və spiker Alen Simonyanı kvorumun təmin edilməməsinə görə tənqid edib.

Məlumata görə, hakim fraksiyanın kifayət qədər deputatının zalda olmaması səbəbilə iclas 20 dəqiqəlik təxirə salınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır