Modern.az

Dövlət qurumu 3 milyona nəqliyyat vasitələri sifariş edib

Dövlət qurumu 3 milyona nəqliyyat vasitələri sifariş edib

13 Noyabr 2025, 23:35

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) 35 ədəd nəqliyyat vasitəsi alır.

 

Modern.az-ın məlumatına görə, agentlik 2025-ci il buraxılışlı 15 ədəd pikap-sərnişin tipli, 20 ədəd minaaxtaran itlərin daşınması üçün pikap tipli xüsusi təyinatlı nəqliyyat vasitələri sifariş edib.

 

ANAMA artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

 

Belə ki, agentlik sözügedən nəqliyyat vasitələrinin satın alınması ilə bağlı “Ramma” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə dəyəri 2,879 milyon manat dəyərində müqavilə bağlayıb.

 

Qeyd edək ki, işlərin həvalə olunduğu "Ramma" QSC 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 min manat olan QSC-nin qanuni təmsilçisi Takhir Mamedov adlı şəxsdir. (Mənbə: iqtisadiyyat.az)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Üçüncü dünya müharibəsi başladı - Azərbaycan da qoşulur? - Xəbəriniz Var?