Modern.az

ATXƏM İsrailə etiraz edir

ATXƏM İsrailə etiraz edir

3 İyun 2010, 16:47

Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan gəmi karvanına İsrailin hərbi qüvvələrinin silahlı basqını, onlarla adamın güllələnməsi Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) tərəfindən hiddətlə qarşılanıb.

Təşkilat bununla bağlı bəyatan yayıb. Bəyanatda bildirlir: “İsrailin müəyyən dairələri tərəfindən icra olunan, insanlığa qarşı törədilən bu qanlı əməllərdən hiddətləndiyimizi bildirir və bu aksiyanın regionda sülh və təhlükəsizliyin bərqərar olunmasına deyil, məhz silahlı qarşıdurmaların məqsədli şəkildə şiddətlənməsinə yönəldildiyini bəyan edirik.

 

 Xüsusi olaraq vurğulayırıq ki, yəhudilər və türk xalqları arasında tarix boyu səmimi və mehriban münasibətlər formalaşmışdır. Orta əsrlərdə Avropada tüğyan edən inkvizisiyadan, sonralar alman  faşizmindən qurtulan yüz minlərlə yəhudi ilk növbədə Osmanlı dövlətinə sığınmış, məhz  onun əvəssiz köməyi sayəsində xilas olmuşdur.

 

Eləcə də, bu gun Azərbaycan Respublikasında məskunlaşmış minlərlə yəhudi ölkəmizi özünə vətən bilməkdədir. Tarix boyu formalaşmış bu münasibətlər bundan sonra da davam etdiriləcəkdir. Əminik ki, gəmi karvanına basqının arxasında dayananlar ilk növbədə bu münasibətləri hədəf seçmişlər.

  İnanırıq ki, İsrail dövləti insanlığa, beynəlxalq hüquq normalarına, eləcə də İsrail və Türk dünyası arasında əməkdaşlığı zərbə altında qoyan bu hərəkətə qəti və layiqli münasibətini bildirəcək, günahkarları cəzalandıracaqdır”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi