Qəzzaya humanitar yük daşıyan sülh karvanına hücumun təfərrüatları yavaş-yavaş məlum olur. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, içərisində müxtəlif ölkələrin vətəndaşlarının olduğu gəmiyə hücum əmrini İsrail Dəniz Qüvvələri komandanı Eli Marom verib. Məlumata görə, İsrail “spesnaz”ının sülh gəmisinin göyərtəsinə hücumundanı sonra Marom əsgərlərinə xarici ölkənin vətəndaşlarına qarşı “atəş” əmri vermiş və beləliklə, sülh karvanını qan gölünə çevirib. Qurudan 70 mil uzaqlıqda beynəlxalq sularda üzən gəmiyə 5-ə yaxın helikopterlə hücum düzənlənib. Malom isə uzaqdan qanlı əməliyyatın gedişini izləyib.
İsrail mətbuatı bu əməliyyatın əliqanlı Malomun ilk əməli olmadığını qeyd edir. Malom xeyli qalmaqallı davranışları il tanınır. Bundan bir qədər əvvəl Malom İsraildəki gecə striptiz barlarındakı macəraları ilə mətbuatın diqqətini cəlb edib. Və bu xəbər xarici KİV-də də əksini tapıb.
İsraildə nəşr olunun “Yedioth Ahronot” qəzeti “İsrailin Dəniz Qüvvələri komandanı admiral Eli Marom Təl-Əvivin cənubundakı Go-Go striptiz klubunda dostları ilə oyun çıxarıb” başlıqlı xəbər yayıb və bu məlumat ölkədə bomba effekti yaradıb. Qəzetin məlumatına görə, Malom 10-dan artıq çılpaq qadını öz masasında striptiz göstrəməyə məcbur edib və olduqca nəşəli gecə keçirib.
Striptiz həvəskarı, başı gecə barlarından ayılmayan Marom daha sonra qələtini belə şərh edib: “Belə bir səhvə yol verməməli idim, amma bir daha təkrarlanmayacağına söz verirəm. Çöx üzgünəm. Rütbəmə yaraşmadı. Ordumuzun nüfuzunu zədələdiyim üçün üzgünəm”.
Bütün bunlardan sonra söyləmək olar ki, İsrail admiralının Qəzzaya gedən sülh karvanında qırğın törətmək əmrini verərkən də heç də ağlı başında olmayıb, soyuq düşüncə, məntiqli hərəkət etmək keyfiyyətlərindən məhrum olub.
Görəsən, 9 nəfərin ölümü ilə nəticələnmiş qanlı olaydan sonra Marom yenə də “Belə bir səhvə yol verməməli idim, amma bir daha təkrarlanmayacağına söz verirəm” deyəcək?
Modern.az