Bu səhər Yaponiyanın Nazirlər Kabineti tam tərkibdə istefa verib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin yeni baş naziri və hakim Demokrat Partiyasının lideri isə indiki maliyyə naziri Naoto Kan olub. Əvvəlki baş nazir Yukio Xatoyama hökumət başçısı vəzifəsindən istefa verməyə qərar verib. İstefanın yeganə bir səbəbi göstərilir. Yaponiyanın NHK telekanalının məlumatına görə, Xatoyama seçkiönü kampaniyada Okinava yarımadasından Amerika hərbi kontingentini çıxarmağı vəd edib, lakin baş nazirliyi dövründə bu vədə əməl edə bilməyib.