Modern.az

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi tədbirlər keçirəcək

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi tədbirlər keçirəcək

Təhsil

30 Sentyabr 2009, 10:21

Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki baş konsulluğunun mətbuat xidmətinin məlumatına görə, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin təşəbbüsü ilə 1941-1945-ci il müharibəsində qələbənin 65 illik yubileyinə həsr olunmuş bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Bununla bağlı sentyabrın 29-da baş konsul Qüdsi Osmanov Leninqrad vilayətinin Kirovsk bələdiyyəsi administrasiyasının rəhbəri Sergey Baranov və onun müavini Vera Platoşina ilə görüşüb. AzərTAc-ən məlumatına görə, görüşdə qələbənin 65 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlər müzakirə olunub. Həmçinin baş konsul 2010-cu il yanvarın 18-də (Leninqradın mühasirəsinin bitdiyi gün) Leninqrad vilayətində gedən döyüşlərdə həlak olmuş azərbaycanlıların xatirəsinə həsr olunacaq lövhənin Kirovsk şəhərinin “Nevski pyataçок” guşəsində təntənəli açılışının keçirilməsini təklif edib.
Q.Osmanov 1941-1945-ci il müharibəsində qələbənin 65 illik yubileyi münasibətilə mayın 9-da keçiriləcək tədbirdə Kirovsk şəhərinin “Sinyavinskiye vısotı” rayonunda da digər xatirə lövhəsinin açılışını məqsədəuyğun hesab etdiyini bildirib.
Leninqrad vilayətinin ərazisində vuruşmuş azərbaycanlıların siyahısı Kirovsk bələdiyyəsinin administrasiyası tərəfindən qısa müddətdə hazırlanacaq. Qeyd etmək lazımdır ki, xatirə lövhələri Leninqrad şəhərinin mühasirəsi zamanı qızğın döyüşlərin getdiyi yerlərdə qoyulacaq.
Görüşdə Kirovsk bələdiyyəsi administrasiyasının rəhbəri Sergey Baranov Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin təşəbbüsünü dəstəkləyib və lazımi köməyin ediləcəyini vurğulayıb.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir