Modern.az

Rusiya Ukraynada irəliləyir: daha 3 qəsəbə işğal olundu

Rusiya Ukraynada irəliləyir: daha 3 qəsəbə işğal olundu

Dünya

17 Noyabr 2025, 13:38

Rusiya qoşunları Xarkov vilayətindəki Dvureçanske, Donbasdakı Platonovka və Dnepropetrovsk vilayətindəki Qay ərazilərinə nəzarəti ələ keçirib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Platonovka "Cənub" qüvvələr qrupunun bölmələri, Qay "Şərq" qüvvələr qrupunun bölmələri və Dvureçanske "Şimal" qüvvələr qrupunun bölmələri tərəfindən ələ keçirilib.

Rusiya Ukraynada hərbi əməliyyatlarına 24 fevral 2022-ci ildə başlayıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə