Modern.az

Bulvardakı attraksionlarda ölüm hallarına 5 min manat sığorta kəsildi

Bulvardakı attraksionlarda ölüm hallarına 5 min manat sığorta kəsildi

İqtisadiyyat

3 Aprel 2014, 10:11

Dənizkənarı Milli Parkdakı bütün əyləncə obyektləri və attraksionların istifadəçiləri bədbəxt hadisələrdən sığortalanıblar. “Alfa sığorta” şirkətinin satış müdiri Zahid Əliyev Modern.az-a bildirib ki, Dənizkənarı Milli Parkdakı attraksionlarda hər hansı xəsarət və ya ölümlə nəticələnən bədbəxt hadisədə zərər çəkmiş şəxslərə sığorta ödənişi veriləcək.

Z. Əliyevin sözlərinə görə, sığorta müqaviləsinə əsasən attraksionlarda baş vermiş qəza nəticəsində ölüm halına görə – 5 min manat, əlillik dərəcəsindən və aldığı xəsarətlərdən asılı olaraq sığorta ödənişi qanunverilciliklə müəyyən olunacaq.

“Sığorta müqaviləsi ölkə başçısının Dənizkənarı Milli Parkdakı “şeytan çarxı”nın açılışını edən gündən bağlanıb. Sığorta ödənişi yalnız “şeytan çarxı”na yox, Dənizkənarı Milli Parkdakı bütün atraksionlara aid edilir. Onu da qeyd edim ki, hər il sığorta müqaviləsini yenilənəcək”.

Gültəkin Ələsgər

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir