Modern.az

Procter&Gamble şirkəti “Azercell”in təşəbbüsünə qoşuldu

Procter&Gamble şirkəti “Azercell”in təşəbbüsünə qoşuldu

4 İyun 2010, 12:39

 Ötən ilin dekabrından etibarən Azərbaycanda Mobil Diş Klinikası fəaliyyətə başlayıb.  “Azercell”in təşəbbüsü və dəstəyi ilə yaradılan bu klinika səyyar şəkildə həm Bakıda, həm də bölgələrdəki uşaq evlərində tibbi yardım göstərir.

          Modern.az xəbər verir ki, “Azercell”in təşəbbüsünə digər şirkətlər də qoşulur. Artıq dünyaca məşhur Procter&Gamble şirkəti də bu xoşməramlı layihənin iştirakçısı olmaq qərarını verib. Şirkət Mobil Diş Klinikasını körpələrin dişlərinə qulluq üçün ən yaxşı vasitələrlə təmin edəcək. Həmçinin klinikanın xidmət göstərdiyi uşaqların hamısına “Oral-B” diş fırçası və “Blend-a-med” diş məcunları hədiyyə ediləcək. Procter&Gamble şirkəti  “Azercell”in bu önəmli layihəsinə qoşulmaqdan qürur duyur və uşaqlara yönələn bu proyekti tamamilə dəstəklədiyini bildirir.

         ”Azercell”in təşəbbüsü ilə yaradılan Mobil Diş Klinikası uşaq evlərində olan himayəsiz körpələrin sağlamlığının qorunmasına yönəlib. Bu səyyar klinika Bakı və regionlardakı digər uşaq evlərində xidmət göstərir. Azərbaycandakı uşaq evlərinin 90 faizinin ayrıca stomatoloji kabineti olmadığını nəzərə alaraq “Azercell” Mobil Diş Klinikasını ən müasir  tibbi avadanlıqla təchiz edib. Yalnız Bakı deyil, respublikadakı bütün uşaq evlərini gəzəndən sonra Səyyar Diş Klinikası bölgələrdəki aztəminatlı ailələrin də köməyinə yetəcək.

       Qeyd edək ki, Mobil Diş Klinikasının yaradılmasın ideyası “Azercell” şirkətinə məxsusdur. Bu işdə partnyorlarımızdan biri “Üfüq” Xeyriyyə Cəmiyyətidir. “Azercell”in ideyası və dəstəyi əsasında yaradılan bu klinika davamlı olaraq fəaliyyət göstərəcək. 

Modern.az

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi