“Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Cəbrayıl rayonu Horovlu kəndinə növbəti köç baş tutub. Horovlu kəndi bu gün 160 nəfər olmaqla 37 ailəni qoynuna alıb.
Modern.az xəbər verir ki, doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Sakinlərin məskunlaşdığı Horovlu kəndinin necə inşa edilməsi və yeni sakinlərin ixtiyarına verilmiş yaşayış və infrastruktur obyektləri barədə videogörüntüləri diqqətinizə təqdim edirik.