ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən Amerika–Səudiyyə biznes forumunda çıxışı zamanı Rusiya lideri Vladimir Putinlə apardığı telefon danışığının detallarını açıqlayıb.
Modern.az-ın məlumatına görə, ABŞ lideri bildirib ki, Putin ondan Azərbaycan və Ermənistan arasındakı gərginliklə bağlı soruşub və Trampın bu məsələnin həllinə nail olmasına təəccüb etdiyini deyib.
"Amma mən bir çox başqa müharibələrdə milyonlarla insanı xilas etdim. Azərbaycan, orada nə baş verdiyini bilirsinizmi? Mən bu problemi həll etdim Bu, uzun illər davam etdi. Putin mənə zəng etdi və dedi ki, "İnanmıram ki, sən hər şeyi düzəltmisən; biz bunu uzun müddətdir düzəltməyə çalışırıq". Mən dedim ki, "Narahat olma. Sadəcə sənin boşboğaz müharibəni (Ukraynadakı müharibəni - red.) düzəltməyə icazə ver", - deyə Ağ Evin rəhbəri bildirib.