Modern.az

Komitə rəsmisi: “Heç bir şirkətə “Halal” sertifikatı verilməyib”

Komitə rəsmisi: “Heç bir şirkətə “Halal” sertifikatı verilməyib”

İqtisadiyyat

4 Aprel 2014, 12:55


“Ciddi araşdırma aparılır. Heç bir kolbasa istehsal edən şirkətə “Halal” sertifikatı verilməyib”. Bunu Modern.az-a Standartlaşdırma, Metrologiya və Patent Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı hansısa şirkətə “Halal” standartının verilib-verilmədiyinə aydınlıq gətirərkən deyib.

Komitə rəsmisi bildirib ki, saytlarda bir neçə şirkətə artıq sertifikat verildiyi barədə dezinformasiyalar gedir: “Bu, tamamilə yalnışdır. Yenilik olan kimi mətbuata açıqlama veriləcək”.

Məlumat üçün onu da qeyd edək ki, artıq aprel ayının 4-ü olmasına baxmayaraq, dükan və marketlərdə üzərində “halal” kəlməsi yazılan məhsullar hələ də satılır.

Qeyd edək ki, qəbul olunan qərara əsasən, 2014-cü il aprelin 1-dən etibarən AZS 731-2012 standartı əsasında sertifikatlaşdırılmayan, lakin “halal” markalı məhsulu istehsal edən müəssisələr barədə qanunvericiliyin tələblərinə uyğun olaraq komitə yanında Texniki tənzimləmə və standartlaşdırma üzrə dövlət nəzarəti xidməti ciddi tədbirlər görəcək.

Məqsəd qanunvericiliyin tələblərinin icra edilməsi ilə yanaşı, istehlakçı hüquqlarının etibarlı qorunması, haqsız rəqabət hallarının qarşısının alınması və istehlakçıların bu sahədə daxili bazara inamının gücləndirilməsidir.

Gülşən Raufqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!