Modern.az

“Avro-4-ə keçməklə iş bitmir, Bakı dünyanın ən çirkli şəhəridir"

 “Avro-4-ə keçməklə iş bitmir, Bakı dünyanın ən çirkli şəhəridir"

İqtisadiyyat

4 Aprel 2014, 13:10

Milli Məclisin bugünkü plenar iclasında deputat Elmira Axundova paytaxtın çirklənməsi haqda danışıb. Modern.az xəbər verir ki, o bildirib: 

“Bildiyiniz kimi bir neçə gün əvvəl Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Yol nəqliyyatı. Ekoloji siniflər” dövlət standartına dəyişiklik etdi. Oradakı siyahıda Avro 4-ə daxil olan avtomobillər mənşə ölkəsinə görə konkret sinifləndirilir. Yəni həmin siyahıya əsasən hansı avtomobillərin idxalına icazə veriləcəyi aydın olur”.

Depuata qeyd edib ki, bir çox dünya dövlətlərində bu standartlar çoxdan tətbiq olunmaqdadır. Avro 4-ə keçidlə bağlı dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər isə təqdirə layiqdir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar tərəfindən tərtib edilmiş dünyanın ən çirkli şəhərləri siyahısında Bakı birinci yerdən durur. Bu MercerHumanResourceConsulting təşkilatının hesabatında qeyd olunur.İki və üçüncü yerləri isə Dəkkə (Banqladeş) və Antananarivo (Madaqaskar) tutur.Mən belə siyahıların tam dəqiqliyinə inanmasam da,Bakı şəhərinin hər bir sakini təsdiqləyə bilər ki, Bakı ekoloji cəhətdən yaşamaq üçün çox da komfort məkan deyil. Ən azı təzə doğulan uşaqların az qala 100 faizinin allergik xəstəliklərə düçar olması buna əyani subutdur. İki il yarım əvvəl Azərbaycanda atmosferə buraxılan tullantının həcmi 957 min ton təşkil edirdi ki, bunun da 77 faizi, yəni 742 min tonu nəqliyyat vasitələrinin payına düşür. Yəqin bu rəqəm indi daha da artmışdır.Köhnə avtomobillərin ekologiyaya vurduğu ziyan göz qabağındadır. Keçən il ölkəyə idxal edilmiş 100 min maşından 50 mini işlənmiş maşınlardır. Bu həqiqətən də böyük rəqəmdir. Həmçinin, bildiyim qədər bu tullantıların böyük əksəriyyəti sovet dövründən qalmış, sözün həqiqi mənasında ömrünü artıq başa vurmuş avtomobillərin, həmçinin rus istehsalı olan bəzi maşınların payına düşür. Eyni zamandayol-nəqliyyat hadisələrinin də bir çox hallarda əsas səbəbkarları məhz rus istehsalı olan bu avtomobillərdir. Bu cür nəqliyyat vasitələrinin istismarını qəti şəkildə qadağan etmək mümkün deyil, çünki hüquqi baza yoxdur. Həmçinin bu cür qadağa qoymaq mülkiyyət hüququnun da pozulması demək olardı. Buna görə də problemin həlli yollarını tapmaq, planlı şəkildə davranmaq lazımdır. İlk növbədə anlamaq lazımdır ki, avro 4-də keçid üçün köhnə avtomobilləri dövriyyədən çıxarmaq lazımdır. Bunun üçün isə gərək köhnə avtomobili müsadirə etməklə Avro 4 standartına uyğun avtomobillər alması üçün vətəndaşlara güzəştli şərtlərlə kreditlər,müəyyən kompensasiyalarverilsin, köməklik göstərilsin. Mən başa düşürəm ki, bütün bunlar böyük maliyyə vəsaiti tələb edir, amma geniş miqyaslı tədbirlər görülməsə, Avro 4-ə keçid proqramını uğurla həyata keçirmək mümkün olmayacaq, ya da bu proses daha uzun illər davam edəcək.Müsadirə edilən avtomobilə görə konpensasiya ödənilməsi təcrübəsi Rusiyada mövcuddur və bu artıq öz bəhrəsini verməkdədir. İkinci məsələ isə bu cür avtomobillər üçün poliqonların inşası, həmin avtomaşınların utilizasiyasının təşkilidir. Təxmini hesablamaya görə proqram uğurla həyata keçirilsə, hər il orta hesabla 200-300 min maşın utilizasiyaya göndəriləcək. Bugünkü gündə isə Azərbaycanda bu qədər maşını qəbul edə biləcək bir dənə də olsun poliqon yoxdur. Poliqon qurulması isə o qədər də sadə məsələ deyil. Məsələn, Almaniyada utilizasiyanı həyata keçirən ixtisaslaşmış təşkilatlar 3 əsas strukturdan ibarətdirlər. Birinci element maşınların utilizasiyaya qəbulu, ikinci komponent köhnə maşınların ehtiyat hissələrinin satışı, üçüncü element isə işlənmiş metalın regenerasiyası ilə məşğuldur. Hər bir mərhələdə isə texniki qaydalara ciddi əməl olunur. Açıq aşkar görürük ki, Avro 4-ə keçidi elan etməklə işlər bitməyəcək, əksinə çox çətin, amma ondan da artıq dərəcədə lazımlı bir yola çıxmış oluruq. Buna görə də qeyd etdiyim bütün məsələlər aidiyyəti qurumlar tərəfindən ciddi araşdırılmalı və tədbirlər planı işlənib hazırlanmalıdır.  

Gültəkin ƏLƏSGƏR
Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar