Modern.az

İnsan alverinə qarşı milli koordinator azyaşlı qızlarla bağlı iradı qəbul etdi - HESABAT

İnsan alverinə qarşı milli koordinator azyaşlı qızlarla bağlı iradı qəbul etdi - HESABAT

4 Aprel 2014, 13:38


“Ötən 10 il ərzində 566 insan alveri və 14 məcburi əmək faktı müəyyən edilib”. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə milli koordinator, general-leytenant Vilayət Eyvazov deyib. Modern.az-ın məlumatına görə, parlamentdə illik məlumatı məruzəsi edərkən o, qeyd edib ki, bu əməllərə görə 385 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

“5 mütəşəkkil dəstə və 152 cinayətkar qrup zərərləşdirilib və 529 insan alveri qurbanın cəmiyyətə inteqrasiyası təmin edilib. Ötən il 80 insan alveri, 4 məcburi əmək faktı aşkarlanıb. Bu cinayətlərə görə 14 qadın olmaqla 17 nəfər məsuliyyətə cəlb olunaraq məhkəmə qarşısına çıxarılıb. İnsan alveri cinayətində təqsirləndirilərək axtarışa verilmiş 17 nəfərdən 5 tutularaq istintaq orqanlarına təhvil verilib. Müəyyən edilmiş 56 qurbandan 41-i qadın, 15-i kişi olub. Onlardan 19-u Türkiyəyə, 16-sı BƏƏ-yə, 15-i Rusiya, biri isə İran İslam Respublikasına aparılıb. 5 nəfər isə ölkə daxilində məcburi əməyə cəlb edilib”.

V. Eyvazov qeyd edib ki, Azərbaycanda azyaşlı uşaqların, xüsusilə də azyaşlı qızların məcburi əməyə cəlb olunmasına qarşı sərt mübarizəyə başlanacaq.

Milli Koordinator illik hesabatının müzakirəsi zamanı deputat Elmira Axundovanın iradına cavab olaraq bildirib ki, problemlərin varlığı ilə razılaşır.

“Amma buradan elan edirəm ki, bu gündən etibarən Azərbaycanda azyaşlı qızların, ümumiyyətlə, azyaşlı uşaqların məcburi əməyə cəlb olunmasına qarşı mübarizədə ciddi tədbirlərə başlanacaq”.

Gültəkin Ələsgər

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir