Modern.az

“Sağlam Düşün, Sağlam Yaşa, Sağlam Ol” layihəsi başlayır

“Sağlam Düşün, Sağlam Yaşa, Sağlam Ol” layihəsi başlayır

4 İyun 2010, 16:02

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və UNICEF – lə birgə “Sağlam Düşün, Sağlam Yaşa, Sağlam Ol” adlı layihə çərçivəsində 4 - 10 Iyun 2010 – cu il tarixdə Lənkəran şəhəri “Palıdlı sahil” istirahət mərkəzində 6 günlük təlim kursu təşkil edəcək.

Modern.az xəbər verir ki, yay məktəbində Lənkəran, Astara, Yardımlı, Lerik, Masallı, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Saatlı rayonları və paytaxtdan 13 - 15 yaşlı 50 nəfər uşaq və yeniyetmə olacaq.

Yay Məktəbinin təşkilində başlıca məqsəd, region və paytaxt gəncləri arasında sağlam həyat tərzinin təbliği, liderlik bacarıqlarının aşılanması, erkən nigah, zorakılıq kimi halların qarşısının alınmasıdır. Yay məktəbinin maraqlı, interraktiv və faydalı olması üçün xüsusi gündəlik tərtib olunmuşdur. İştirakçılara uşaq hüquqları, gənclərin iştirakı və liderlik, ayrı – seçkilik, tolerantlıq üzrə təlimlər keçiriləcək və intellektual və fiziki oyunlar təşkil olunacaq.

Yay məktəbi çərçivəsində gənclərin bir sıra hökumət, qeyri – hökumət və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşü nəzərdə tutulmuşdur.

Tdbirdə “Sağlam Düşün, Sağlam Yaşa, Sağlam Ol” mövzusunda Yay məktəbi uğurla bitirən iştirakçılar diplom ilə təltif olunacaqlar.

Tədbirin açılış mərasimi 5 iyun 2010 – cu il saat 14:00 da “Palıdlı sahil” istirahət mərkəzinin konfrans zalında Gənclər və İdman Naziri cənab Azad Rəhimov, UNİCEF – in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervard, millət vəkili, ARGTMŞ sədri Fuad Muradov, millət vəkili Hadı Rəcəbli və digər qonaqların iştirakı ilə həyata keçiriləcək.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi