Modern.az

Qadın şahmatçılarımız DÜNYA İKİNCİSİ oldular

Qadın şahmatçılarımız DÜNYA İKİNCİSİ oldular

İdman

23 Noyabr 2025, 21:39

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında ikinci olub.

 

Modern.az xəbər verir ki, milli həlledici matçda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) komandası ilə üz-üzə gəlib.

 

Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyevadan ibarət milli ilk görüşdə 1:3, ikinci qarşılaşmada isə 1,5:2,5 hesabı ilə uduzub.

 

Qeyd edək ki, komandanın kapitanı İlahə Qədimova olub.

 

Əlavə edək ki, indiyədək kişi və qadın şahmat komandalarımız dünya çempionatında medal qazanmayıb. Bu, tarixi nəticədir.

Sizə yeni x var
Keçid et
Rusiyadan Xameneinin oğluyla bağlı XƏBƏRDARLIQ - Ona bir şey olsa...