Modern.az

Ərdoğanla Putin Ukraynanı müzakirə etdi

Ərdoğanla Putin Ukraynanı müzakirə etdi

Dünya

24 Noyabr 2025, 16:32

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Modern.az bu barədə TRT kanalına istinadən xəbər verir.

Telefon danışığı zamanı Türkiyə ilə Rusiya arasındakı ikitərəfli əlaqələr, Rusiya ilə Ukrayna arasındakı müharibə, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan Türkiyənin Rusiya-Ukrayna müharibəsini ədalətli və davamlı sülhlə bitirmək üçün səylərini davam etdirəcəyini bildirib.

O, Türkiyənin keçmişdə olduğu kimi tərəflər arasında birbaşa təması asanlaşdıracaq və bölgədə davamlı sülhə yol açacaq bütün diplomatik təşəbbüslərə və planlara töhfə verməyə hazır olduğunu vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?