Modern.az

QHT-lərə Dövlət Dəstəyi Şurası bu ay II qrant müsabiqəsi elan edəcək

QHT-lərə Dövlət Dəstəyi Şurası bu ay II qrant müsabiqəsi elan edəcək

4 İyun 2010, 16:56
Modern.az saytı xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu ay 2010-cu il üçün II qrant müsabiqəsi elan edəcək. Bu barədə saytımıza Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov məlumat verib.

O, bildirib ki, hazırda müsabiqənin elan edilməsi ilə bağlı müzakirələr aparılır: “Əslində biz II qrant müsabiqəni may ayında elan etməli idik. Ancaq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Qaradağ Sement” Açıq Səhmdar Cəmiyyətinin 2010-cu il üçün QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı birgə maliyyə yardımı müsabiqəsi çox vaxt apardığı üçün biz gecikdik. Artıq, mövzular üzərində işləmişik. Demək olar ki, hazırdır. Ancaq hələ Şura tərəfindən təsdiq olunmayıb. Katibliyin hazırladığı sənədlər təsdiq olunduqdan sonra müsabiqə bu ayın ilk yarısında elan ediləcək”.

F.Qurbanov onu da bildirib ki, elan ediləcək II qrant müsabiqəsi əvvəlkindən fərqli olacaq: “Əlbəttə ki, mövzu istiqamətlərinin və layihələrin maliyyə məbləği ilə bağlı fərqlər olacaq”.
Xatırladaq ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu il üçün I maliyyə müsabiqəsinin qaliblərini martda elan edib. Bu müsabiqədə Şura 199 qalib təşkilata  1.155.090 AZN maliyyə yardımı ayırmışdı.

Günay Musayeva  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!