Modern.az

Mübariz Mənsimov 4 yeni gəmi alır

Mübariz Mənsimov 4 yeni gəmi alır

5 Aprel 2014, 22:29


Məşhur iş adamı Mübariz Mənsimovun rəhbərlik etdiyi “Palmali” Şirkətlər Qrupu (ŞQ) 4 yeni gəminin alınması ilə bağlı niyyət memorandumu imzalayıb. Şirkətdən Modern.az-a verilən məlumata görə, alınanlar sırasında 2008-ci ildə düzəldilmiş, dedveyti 3456 ton olan və kimyəvi mallar üçün nəzərdə tutulmuş bir ədəd tanker, həmçinin 2007-2008-ci illərdə istehsal edilmiş və əsas yüklərin daşınması üçün nəzərdə tutulmuş, dedveyti 6097 ton olan üç gəmi olacaq. Gəmilərin dördü də şirkətə bu il aprelin ortalarında təhvil veriləcək. Onların dördü də tramp daşımalarında istifadə ediləcək.  

Gəmilərə istiqlaliyyət yolunda canlarından keçmiş Azərbaycan oğullarının adları veriləcək. Kimyəvi mallar üçün nəzərdə tutulmuş tankerə böyük şair Hüseyn Cavidin şərəfinə “MT Huseyn Cavid” adı veriləcək.
Azərbaycan Demokratik Respublikasının tanınmış dövlət xadimi, Qarabağın general-qubernatoru, hərbi nazir vəzifələrini tutmuş Xosrov bəy Sultanovun şərəfinə quru yüklər üçün nəzərdə tutulmuş gəmi “MV Khosrov Bey” adlanacaq.
Quru yüklər üçün nəzərdə ututulmuş gəmilərdən biri də onun qardaşı, xalq qəhrəmanı Sultan bəy Sultanovun şərəfinə “MV Sultan Bey” adlandırılacaq.
Quru yüklər üçün nəzərdə tutulmuş gəmilərdən sonuncusuna isə Çar Rusiyasının “artileriya allahı”, Bakını erməni-bolşevik işğalından xilas etmiş Azərbaycan ordusunun komandanı general Əli Ağa Şıxlinskinin şərəfinə “MV General Shixlinsky” adı veriləcək.

 Qeyd edək ki, “Palmali Group” həm də “Armada Shipyard” tərsanəsi ilə yeni layihə seriyasından olan beş tankerin düzəldilməsi barədə saziş bağlayıb.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər