Modern.az

"Brent" neftin qiyməti ARTIB

"Brent" neftin qiyməti ARTIB

İqtisadiyyat

28 Noyabr 2025, 09:26

Dünya əmtəə bazarlarında neft bahalaşıb.

Modern.az xəbər verir ki, noyabrın 27-si üzrə neft bazarında qiymətlər artıb.

WTI markalı xam neft (Nymex) 0,43 dollar və ya 0,73% artaraq bir barel üçün 59,08 dollar olub. Brent markalı neftin (ICE) qiyməti isə 0,25 dollar və ya 0,39% yüksələrək 63,59 dollar səviyyəsinə çatıb.

Artım bazarlarda ehtiyatların azalacağına dair gözləntilər və ilin sonuna doğru enerji tələbinin sabit qalacağı proqnozları ilə əlaqələndirilir.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır