Modern.az

Azərbaycanlı siyasətçini döyən müxalifət lideri saxlanıldı

Azərbaycanlı siyasətçini döyən müxalifət lideri saxlanıldı

Dünya

29 Noyabr 2025, 11:45

"Lelo – Güclü Gürcüstan" partiyasının liderlərindən biri Aleko Elusaşvili bu səhər Tbilisidə saxlanılıb.

Modern.az xəbər verir ki, məlumatı onun vəkili Giorgi Rexviaşvili təsdiqləyib.

Vəkilin sözlərinə görə, siyasətçi Tbilisi Daxili İşlər Nazirliyinin baş idarəsinə aparılıb. Saxlanmanın səbəbi hazırda məlum deyil.

Bir gün əvvəl, 28 noyabrda Aleko Elisaşvili Tbilisidə keçirilən etiraz aksiyasında iştirak edib. O, həmçinin 2 dekabr 2024-cü ildə "Gürcü Arzusu" partiyasının azərbaycanlı həmtəsisçisi Əli Babayevin döyülməsi ilə bağlı istintaq altındadır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?