Modern.az

 II Qareginin istefası tələb edildi

 II Qareginin istefası tələb edildi

Dünya

29 Noyabr 2025, 22:10

Bir qrup erməni yepiskopu və arxiyepiskopu bütün ermənilərin katolikosu II Qareginin istefası ilə bağlı açıq çağırış edib.

Modern.az xəbər verir ki, kilsə rəhbərləri onu sərbəst idarəçilikdə, siyasi proseslərə müdaxilədə və “qəbuledilməz hesab etdikləri digər addımlarda” ittiham edirlər. Onların sözlərinə görə,  II Qareginin 1999-cu ildə katolikos seçilməsi də “təzyiq və qorxu şəraitində” baş verib.

Müraciətə 27 noyabrda baş nazir Nikol Paşinyanla görüşən səkkiz iyerarxın, həmçinin daha iki arxiyepiskopun - ABŞ-ın Qərb yeparxiyasının rəhbəri Ovnana Terteryanın və Armavir yeparxiyasının başçısı Sion Adamyanın imzaları qoyulub.

Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?