Hazırda "Bakmil" stansiyası fəaliyyətini bərpa edib.
Modern.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir.
Qeyd olunur ki, qatarlararası intervallar qrafikə uyğundur, metro 34 cüt qatarla fəaliyyət göstərir.
"Fasilədən sonra qrafikin tam düzəlməsi üçün bəzi stansiyalarda qısa gözləmələr ola bilər", - məlumatda deyilir.
***
08:20
"Nərimanov" elektrik deposu xəttlərinə yüksək gərginliyin verilməsi tam bərpa olunub. Qatarların xəttə daxil olması prosesi artıq başlanıb.
Bu barədə Modern.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Qeyd olunub ki, baş vermiş qısa fasilə səbəbindən hazırda qatarlararası intervalda müəyyən gecikmələr müşahidə olunur.
"Qrafikə uyğun fəaliyyətin bərpa olunması üçün xidmətlərimiz tərəfindən zəruri tədbirlər görülür və yaxın zamanda hərəkət tam normallaşdırılacaq. Sərnişinlərimizdən yaranmış müvəqqəti narahatlığa görə üzr istəyirik", - QSC-dən bildirilib.
***
07:25
“Nərimanov” elektrik deposunun yol sahələrində yüksək gərginliyin verilməsində yaranan qısamüddətli fasilə səbəbindən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkəti intervalında gecikmələr var.
Bu barədə Modern.az-a Bakı Metropoliteni QSC-dən məlumat verilib.
Bildirilib ki, “Bakmil” stansiyasının fəaliyyəti məhdudlaşmdırırlır.
Qeyd edilib ki, texniki xidmətlərimiz müvafiq enerji təminatının bərpası üçün operativ şəkildə iş aparır.
Vəziyyət tam bərpa edildikdən sonra əlavə məlumat paylaşılacaq.
Sərnişinlərimizdən yaranmış narahatlığa görə üzr istəyir, vəziyyəti anlayışla qarşılamalarını xahiş edirik.