Modern.az

Millimiz bu gün Gürcüstanla qarşılaşacaq

Millimiz bu gün Gürcüstanla qarşılaşacaq

İdman

1 Dekabr 2025, 09:26

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün üçüncü oyuna çıxacaq.

Modern.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz Şimali Makedoniyanın Strumitsa şəhərində Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

“Kukus” stadionunda keçiriləcək qrupun son görüşü Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Qarşılaşmanı Maltadan olan baş hakim idarə edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Rusiyaya ağır zərbə: Nə baş verir?