Modern.az

Dubaydan Bakıya gətirilən brilyant daşlar müsadirə olunub

Dubaydan Bakıya gətirilən brilyant daşlar müsadirə olunub

5 İyun 2010, 13:42

Milli Təhlükəsizlik Nazirliyi və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin həyata keçirdikləri əməliyyat nəticəsində Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Elvin Hüseynova məxsus çamadanlarda gömrük nəzarətindən gizlədilmiş mal aşkarlanıb.

Modern.az xəbər verir ki, Dövlər Gömrük Komitəsinin məlumatına görə, yoxlama zamanı Elvin Hüseynova məxsus çamadanlarda 18 ədəd sellofan paketdə müxtəlif ölçülü brilyanta oxşar qaşlar aşkar edilib. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasən, həmin əşyaların brilyant daşlar və ümumi çəkisinin 360,8 qram olduğu müəyyənləşdirilib. Faktla əlaqədar araşdırma aparılır. Modern.az

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi