Modern.az

Azərbaycanda məmurlarla bağlı yeni qaydalar müyyənləşdi

Azərbaycanda məmurlarla bağlı yeni qaydalar müyyənləşdi

7 Aprel 2014, 16:54

Azərbaycanda “Dövlət qulluğu haqqında” Qanunun 30-1-ci maddəsində inzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyətinin hər təqvim ilinin sonunda qiymətləndirilməsi müəyyən edilib.
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 10 fevral 2014-cü il tarixli qərarı ilə “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları” təsdiq edilib və 22 fevral 2014-cü il tarixdən qüvvəyə minib.

Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Forması” əsasında aparılır.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyandan Modern.az-a bildirilib ki, qiymətləndirmənin nəticəsində dövlət qulluqçusu barəsində həvəsləndirmə tədbirlərinin görülməsi, o cümlədən fərdi qaydada mükafatlandırılması, rəhbər vəzifələrin tutulması üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, dövlət qulluqçusunun iş fəaliyyətinin və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi, dövlət qulluqçusunun digər analoji vəzifəyə keçirilməsi nəzərdə tutulub.

“Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları” və “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Forması” Komissiyanın rəsmi internet səhifəsində yerləşdirilib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir