Modern.az

“Müasir İnkişaf” İctimai Birliyi beş illik hesabat verib

“Müasir İnkişaf” İctimai Birliyi beş illik hesabat verib

5 İyun 2010, 14:13

Atatürk Mərkəzində “Müasir İnkişaf” İctimai Birliyinin fəaliyyətinin beş illiyi ilə bağlı hesabat konfransı keçirilib.

Modern.az xəbər verir ki, “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz Aşırlı qeyd edib ki, fəaliyyət göstərdikləri müddət ərzində ideoloji yöndə çalışarkən qrantlar haqda fikirləşməyiblər. O, həmçinin bu gün həm də “Türk Eli” dərgisinin nəşr olunmasının dördüncü ilinin tamam olduğunu qeyd edib.

Millət vəkili Fəzail İbrahimli təşkilatı qarşısına qoyduğu məqsədə çatması münasibətilə təbrik edərək, daha böyük uğurlar əldə etməsini arzu edib. Professor Şahlar Əsgərov deyib ki, beş il ərzində bu təşkilat kifayət qədər inkişaf edib və təkmilləşmiş bir sistem qura bilib. Millət vəkili Nazim Məmmədov təbrik və arzularını çatdırdıqdan sonra qeyd edib ki, çox təqdirəlayiq bir haldır ki, maddi yardım olmadan görülən bütün işlər yalnız təşkilat üzvlərinin güc və əməyi hesabına həyata keçirilib.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbəsinin əməkdaşı Rasim Mirzəyev “Müasir İnkişaf” İctimai Birliyini digər təşkilatlarla müqayisə edərək bu təşkilatın sırf vətənpərvərlik yönümündə və Azərbaycanın maraqları üçün çalışdığını qeyd edib:  “Digər ictimai birliklərə nəzər saldıqda bu qədər ziyalının, alimin, millət vəkilinin ətrafına toplaşdığı və dəstək verdiyi təşkilat nadir halda tapılır”.

Tədbirdə tanınmış sosioloq Əhməd Qəşəmoğlu, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Bülənt Uğur, Kərkük mədəniyyət təbliğatçısı Seyfəddin Çaxmaqçı, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, “Professional Mühasib” jurnalının baş redaktoru Mehdi Babayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Nahid Məmmədov, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı da çıxış edərək təşkilatla bağlı fikirlərini çatdırıblar. Günay Musayeva

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir