Modern.az

"Azadlıq" bloku Bakıda icazəsiz aksiya keçirib

"Azadlıq" bloku Bakıda icazəsiz aksiya keçirib

Təhsil

5 İyun 2010, 16:40

"Azadlıq" blokuna daxil olan siyasi partiyalar bu gün saat 15.00-da Bakı şəhərində icazəsiz etiraz aksiyası keçirib. Qeyd edək ki, planlaşdırılan aksiya «Nərimanov» kinoteatrının qarşısına təyin olunduğundan həmin ərazi əvvəlcədən polis tərəfindən nəzarətə götürülmüşdü.

Bu səbəbdən də «Azadlıq» bloku aksiyanın yerini dəyişib. Belə ki, bir qrup müxalifətçi polisi aldatmaq üçün «Nərimanov» kinoteatrının qarşısına yığışsa da, əsas qüvvə metronun “İçərişəhər” stansiyasının qarşısından Bakı Şəhər İcra Hakimiyyətinin önünə doğru hərəkət edib.

Müxalifət fəalları «İçərişəhər»dən çıxaraq şüarlar səsləndirməyə başlayıblar. Lakin dərhal ərazıyə toplaşan polis aksiyaya  müdaxilə edib. Asayiş keşikçiləri onlara İcra Hakimiyyətinə doğru irəliləməyə imkan verməyib. Bu zaman 30-a yaxın müxalifət fəalı saxlanıb. Tutulanlardan 20-si Səbail rayon 39-cu Polis bölməsinə aparılıb. Aksiyanı beynəlxalq təşkilatlar – Avropa Şurası və ATƏT-in təmsilçiləri də izləyib. Səbayel rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişov jurnalistlərə deyib ki, saxlananları şəhərin müxtəlif yerlərinə aparıb azad edəcəklər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR